“Yer Günü”nə həsr olunmuş “EcoView” oyunu keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İntellektual inkişaf şöbəsinin təşkilatçılığı ilə şəhər məktəbliləri və dərnək üzvləri arasında “Yer Günü”nə həsr olunmuş “EcoView” oyunu keçirilib.
“Yer Günü” nə həsr olunmuş “EcoView” intellektual oyunun keçirilməsində əsas məqsəd dərnək üzvlərini Yer Planeti haqqında, əsasən, təbiət yönümlü informasiyaları əyləncəli formada öyrətmək, yeniyetmə və gənclərə planetimizin vacibliyini, onu qorumağı və sevgi ilə yanaşmağı aşılamaq, intellektual oyunlara maraqlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etdirməkdən ibarət olub.
“EcoView” intellektual oyununda “Yer”, “Günəş”, “Kainat”, “Torpaq” , “Səma”, “Ağac” komandaları yarışıblar.
Oyunda iştirakçılardan sualları cavablandırmaq tələb olunub.
Oyun 3 mərhələdən ibarət olub. İlk mərhələdə rəngli oxlar vasitəsilə oyunçular gizlədilmiş heyvan izlərini taparaq izin hansı heyvana aid olduğunu tapmalı olublar.
İkinci turda oyuna davam edən komandalar qarşı-qarşıya duraraq yerdə çəkilmiş halqalara hoppanaraq üz-üzə gəlib və ortaq nöqtədə səsləndirilən suallara cavab verməli olublar. Düzgün cavab verən irəli hərəkət edib, yalnış cavab verən komanda iştirakçısı isə oyundan xaric olub yerinə digər komanda yoldaşı daxil olub və oyuna yenidən başlayıb.
Beləliklə rəqib komandanın ərazisinə tez daxil olan komanda qalib olub.
Son mərhələdə qalib olan iki komanda səssiz söz izah edərək oyuna davam edib. Hansı komanda daha çox söz izah edə bilibsə o komanda da“EcoView” intellektual oyunun qalib komandası elan olunub.
Oyunda ümumilikdə hər komandada 6 nəfər olmaqla 36 məktəbli iştirak edib.
291 sayli Ekologiya liseyinin şagirdləri ve eyni zamanda “ Gənc diyarşünas” dərnəyinin üzvlərindən təşkil olunan “ Ağac” komandası qalib seçilərək, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplom ve sertifikatlarla təltif olunub.
Şagirdlərimizi təbrik edirik və onlara bol-bol nailiyyətlər arzu edirik!