Müasir gənc necə olmalıdır?

05.11.2016-cı il tarixdə "Müasir gənc necə olmalıdır?" başlığı altında 9-11-ci sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirilmişdir. "Müasir gənclərdə hansı xüsusiyyətləri bəyənirsiniz və bəyənmədikləriniz hansılardır?" sualı "Dəyirmi masa" nın əsas müzakirə mövzusu oldu. Müzakirə zamanı şagirdlərin bir-birlərini dinləmək, səbrli olmaq, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq, empatik münasibətlərə üstünlük vermək, söylənilən fikirlərə münasibət bildirmək, sərbəst fikir söyləmək, əxlaqi keyfiyyətlərə əməl etmək kimi dəyərləri önə çəkildi. "Dəyirmi masa" nı keçirməkdə əsas məqsəd şagirdlərdə mədəniyyət səviyyəsini yüksəltmək, etik qaydalara əməl olunması yollarını göstərmək idi. "Dəyirmi masa" da liseyin təşkilati işləri üzrə direktor müavini, psixoloq, UBR, fənn müəllimləri iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi