Coram İnternational və UNİCEF-in təşkilatçılığı ilə uşaq müdafiəsi və təhlükəsizliyi layihəsi

      Azərbaycan Təhsil sistemi üçün Coram İnternational və UNİCEF-in təşkilatçılığı ilə uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində aparılan yeni layihəyə başlanılmışdır. Layihə çərçivəsində təlimlər və prosesin təşkili 2022-ci ilin sonuna qədər davam edəcək.
      Layihədə iştitak üçün 25 pilot məktəb seçilmişdir. Aprel ayında 25 pilot məktəb üzrə təlimlər başlanılmışdır.
      Təlim ADPU-nin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Əliyeva Vüsalə təşkilatçılığı ilə keçirilir.
      Azad Hümbətov adına 291№li Ekologiya liseyinin əməkdaşları da bu layihədə təlimlərə başlamışdır.
      Təlimdə liseyin direktoru, filologiya üzrə fəlsəfə elmləri doktoru Arif Əsədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, psixoloq Dilbər Ağasiyeva, biologiya laborantı Vüsalə Həsənova, fizika laborantı, eyni zamanda liseyin valideyni Sitarə Salahova bu təlimdə iştirak edirlər. 

Təlimdə təhsildə aktual olan şagirdlərin təhlükəsizliyi və müdafiəsinin qorunması üçün məlumatların araşdırılması və məsuliyyətin artırılmasına üstünlük verilməsi vurğulanır, şagirdlərin təhlükəsiz məktəb mühiti ilə əhatə edilməsi yol və üsulları araşdırılır. 
     Şagirdlərin sağlamlığının qorunması, inam və özgüvən hissinin artırılması, yaranan bir çox problemlərin həlli yolları, bu istiqamətdə beynəlxalq yanaşmalar təlim zamanı diqqətə çatdırılır. 

    Təhsil prosesində bu layihənin mühüm rolu olacaq.Şagirdlərimizin müdafiəsi və təhlükəsizliyinin qorunması, şagirdlərin mənafeyindən çıxış edərək, onların hər tərəfli sağlam inkişafına dəstək olaraq, cəmiyyətə hazırlanmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi