Yaz güllərimiz əkildi

20.04.2022-ci il tarixində liseyin biologiya müəllimi Əliyeva Sədaqət və biologiya laborantı Həsənova Vüsalənin təşkilatçılğı ilə liseyin həyətyanı sahəsində 8a sinif şagirdlərinin iştirakı ilə yaz gülləri əkildi.
Şagirdlər əvvəlcə ara məsafələrlə oyuq qazdılar.
Sonra ehtiyatla gulləri həmin oyuğa qoyaraq, diblərini möhkəmlətdilər.
Əkilən güllər suvarıldı.
Şagirdlərimiz həmçinin, agacları bellədilər. Gövdələrini əhənglə ağartdılar. Ağartma işlərinə 9-cu siniflər də qoşuldu.
Görülən işlər o qədər maraqlı idi ki, texniki işçilər də bu işlərə həvəslə qoşuldular.
Əməyi keçən hər kəsə təşəkkür edirik!