Texnologiya və İnnovasiyalar Institutuna ekskursiya

18 aprel tarixində Texnologiya və İnnovasiyalar instituna açıq qapı günü təşkil olunmuşdur.
Liseyin təsərrüfat işləri üzrə direktor müavini Mahmudov İlhamın rəhbərliyi ilə liseyimizin 5b sinifi də açıq qapı günündə iştirak etmişdir. Şagirdlərin emalatxanalara da ekskursiyası təşkil olunmuşdu. Burada şagirdlərə kompüter, dizayn, maşınqayırma emalatxanası, taxta yonumu və dəmir detallar istehsal olunan dəzgahlar haqqında ətraflı məlumatlar verilmişdir. İnstitutun əməkdaşları şagirdlərə istehsal prosesi və iş rejimi haqqında da nümunələrlə izahlar vermişlər.
Bu ekskursiya uşaqların böyük marağına səbəb olmuşdur.
Sonda usta və tələbələr uşaqları maraglandıran bir cox sualları cavablandırmışlar.