İstedadlı şagirdlər ilə görüş

12.04.2022-ci il tarixində liseydə istedadlı şagirdlər ilə görüş təşkil olundu.
Liseyin direktoru Arif Əsədov, lisey məsələləri üzrə direktor müavini Samir Əzimov, liseyin riyaziyyat müəllimləri Şəfayət Mirzəyeva, Tünzalə Cəfərquliyeva, psixoloq Dilbər Ağasiyeva bu görüşdə iştirak etdilər.
Liseyimizin şagirdlərindən 19 nəfər Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş V sinif şagirdləri arasında Lütfizadə adına Məntiq Olimpiadasının final turuna, 32 nəfər Vl və Vll sinif şagirdləri arasında keçirilmiş müxtəlif fənlər üzrə Vll Fənn Müsabiqələrinin final mərhələsinə vəsiqə qazanmışdır.
Şagirdlərin dərslər, tədrisin təşkili, olimpiadanın final mərhələsinə hazırlıqla bağlı məsləhətləşmələr aparıldı. Müzakirələr edildi.
Şagirdlərimizə final turunda qələbə qazanmağı arzu edirik!