Kiçik Akademiyası növbəti 11-ci seminarı keçirildi

08.04.2022-ci il tarixində Ekologiya liseyinin Kiçik Akademiyası növbəti 11-ci seminarı keçirmişdir.
Səyyar olaraq keçirilən bu seminar Nərimanov rayonu 37 №-li məktəbdə baş tutmuşdur.
Kiçik Akademiyalar sahəsində aparıcı məktəb seçilmiş 291№-li Ekologiya liseyinin müəllimi Məmmədov Ariz və 8a sinif şagirdi Kənan Əsədov liseyin tədbirində iştirak etmişdir.
Əvvəlcə 37 №li məktəbin Kiçik Akademiyasının rəhbəri Esmira Əliyeva şagirdlərin uğurlarından, əl işlərindən söhbət açdı. Bu sahədə uşaqların yaratdıqları çoxlu sayda kiçik robot cihazlarını nümayiş etdirdi.
Sonra məktəbin akt zalında Azərbayanın ekoloji problemlərinə həsr olunmuş geniş bir proqramla təqdimat başlandı.
Azərbaycan hilmninin canlı oxunması ilə başlanan bu tədbirdə su, hava, torpaq ekologiyası sahələrində olan problemlər müxtəlif yaş qruplarına aid olan şagirdlər tərəfindən çox həvəslə bədii şəkildə müzakirə olundu.
Hiss olundu ki, yüksək səviyyədə hazırlanmış təgdimatın ərsə gəlməsində müəllimlərin də böyük əməyi olmuşdur.
Azərbaycan ekologiyasına aid hazırlanmış videoçarxlar böyük maraqla qarşılandı.
Sonda məktəbin direktoru Məhəbbət Əsgərova və müəllim Ariz Məmmədov gözəl çıxışlara görə bütün şagirlərə və eləcə də əməyi olan müəllim kollektivinə minnətdarlıq etdilər, onlara gələcək işlərində ugurlar arzuladılar, iştirakçılar xatirə şəkli çəkdirdilər.