"Bədii əsərlərin oxusu və müzakirəsi " layihəsi

08.04.2022-ci il tarixində A.Hümbətov adına 291 №-li Ekologiya liseyində "Bədii əsərlərin oxusu və müzakirəsi" layihəsi uzrə yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilmişdir.
Tamara Məmmədovanın layihəsi üzrə keçirilən tədbirdə 9-cu sinif şagirdləri "Hər bir insan hökmdardir" kitabı ətrafında maraqlı müzakirə nümayiş etdirmişlər.
Müzakirədə liseyin direktoru Arif Əsədov, lisey məsələləri üzrə direktor müavini Samir Əzimov, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova,dil-ədəbiyyat muəllimi Yaqut Salahova, tarix müəllimi Səfiqə Məmmədova, coğrafiya müəllimi Sədaqət Nəcəfova, riyaziyyat müəllimi Kubra Əmiraslanova, psixoloq Dilbər Ağakişiyeva istirak etmişlər.
Liseyin direktoru Arif Əsədov müzakirənin gedişində maraqlı fikirlər səsləndirmişdir.
Eyni zamanda liseyin direktor müavini Samir Əzimov və təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova da yazıçının kitabı haqqında öz fikirlərini bildirmişlər.
Yazıçı 9-cu sinif şagirdlərinə buraxılış imtahanı öncəsi psixoloji hallar ilə bağlı maraqlı faktlar söyləmişdir.
Həmçinin şagirdlərin kitab haqqında fikirləri ilə tanış olmuşdur.
Sonda yazıçı verilən sualları cavablandırdı.
Şagird və müəllim kollektivi bu cür görüşlərin insanın idrak və düşüncələrinin formalaşmasında geniş rol olduğunu vurğuladılar.
Yazıçı müzakirə olunmuş "Hər bir insan hökmdardır" kitablarını imza etdi.
Yazıçıya isə məktəb adından hədiyyələr təqdim olundu.
Şagird və müəllim kollektivi yazıçı ilə birgə xatirə şəkli çəkdirdi.