Azərbaycanlı milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti

     07.05.2022-ci il tarixində liseyin tarix müəllimi Ziyafət Nəcəfova rəhbərliyi ilə 5c sinfində "Azərbaycanlı milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti" mövzusunda açıq dərs keçirildi.

   Açıq dərsdə məktəbin direktoru Arif Əsədov, təlim - tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, lisey məsələləri üzrə direktor müavini Samir Əzimov, tarix metodbirləşmə sədri Şəfiqə Ağayeva və liseyin digər müəllimləri iştirak etdilər.

   Açıq dərsdə lll komanda ilə iştirak edən şagirdlər Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqı üçün gördüyü xeyriyyə işləri barədə təqdimatlarla cıxış etdilər.

   Tağıyevin toxuculuq, balıqçılıq və neft sənayesində göstərdiyi xidmətlərdən bəhs etdilər.

   Bakıda ilk qızlar məktəbinin tikilməsi, qızların təhsilə cəlb edilməsi, qəzet və jurnalların çapı ilə əlaqədar bir sıra cəmiyyətlərin yaradılmasının hər biri Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.

  Bununla yanaşı, Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün öz şəxsi vəsaitindən pul ayırıb.

  Dərsin sonunda müəllim şagirdlərin bilik səviyyəsini yoxlamaq məqsədilə onlara suallar ünvanladı. Şagirdlər sualların cavablandırılmasında çox fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi