Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

05.04.2022-ci il tarixində liseyimizdə "Aprel döyüşləri - böyük zəfərin başlanğıcı" adlı tədbir keçirildi. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri açıq elan edən məktəbin hərbi rəhbəri Fərrux Salmanov Aprel döyuşləri ordumuzun və xalqımızın tarixində yeni dövrün başlanğıcı olduğunu qeyd edib.
Tədbirdə aprel döyüşləri haqqında şagirdlərə geniş məlumat verilərək, vidoçarxlar nümayiş etdirildi.
Şagirdlərin və müəllimlərin çıxışları dinlənildi.
Tədbirdə məktəbin “Mübarizlər” komandası da iştirak etmişdir.
Komanda ordumuzun döyuş zamanı işlətdiyi silah- sursat haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib.
Sonda Azərbaycan Ordusunu, Müzəffər Ali Baş Komandanı tərənnüm edən vətənpərvəlik manıları səsləndirilərək tədbir başa çatdırılıb.