“Eğitimde Yeni Trendler-İstanbul Eğitim Forumu 2022” iştirakçısı olan müəllimimiz

    Azərbaycan Maarifçilər Assosiasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə İstanbulda “Eğitimde Yeni Trendler-İstanbul Eğitim Forumu 2022” keçirilib.

    Azərbaycan Maarifçilər Assosiasiyasının 48 üzvü Forumda iştirak edib. Foruma qatılan maarifçilər arasında Bakı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli və Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri olub.

     AMA-nın 5000-dən çox üzvü arasından seçilərək müəllimlərdən biri də məktəbimizin tarix fənn müəlliməsi Məmmədova Səbinə olub. O, səfər zamanı ölkəmizi və məktəbimizi təmsil etməkdən qürur duyduğunu, əldə etdiyi yeni biliklərdən, yeni tanışlıqlardan çox məmnun olduğunu dilə gətirib

    Forumun məqsədi hər iki ölkənin maarifçilərinin daha yaxından tanışlığı, tədris prosesi və təhsildəki yenilikləri müzakirə etməsi, fikir və təcrübə mübadiləsi aparmaları üçün imkan yaratmaq idi.

    Forumun rəsmi açılışı İstanbul Doğuş Univeristetində baş tutdu. Hər iki ölkənin himni səsləndirildikdən sonra Doğuş Universiteti rektoru Prof. Dr. Turgut Özkan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamladı.

    Forumun ikinci günü proqrama uyğun olaraq iştirakçılar Şəhid Fikrət Metin Öztürk adına orta məktəbdə qonaq oldular.

    İlk öncə müəllimlərimiz türkiyəli həmkarlarının dərslərində iştirak edərək, dərs prosesini müşahidə etmək imkanı əldə etdilər.

    Bununla kifayətlənməyərək özləri də türk şagirdlərinə kiçik bir dərs keçdilər.

    Dərsin sonunda hər iki ölkə müəllimləri keçdikləri dərsləri, dərsliklərdəki materialları, dərs keçmə metod və vasitələrini müzakirə edib fikir və təcrübə mübadiləsi apardılar.

    Ardından məktəbin akt zalında forumun seminar və panel müzakirələri başladı.

    Forumun bağlanışı İstanbul TopKapı Universitetinde baş tutdu. Universitetin baş prorektoru Dr. Bora Gündüzyeli giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamladı.

    Ardından univeristet haqqında ətraflı məlumat verdikdən sonra, univeristetin Beynəlxalq Tələbə Koordinatoru Muzeffer Cem Hançer və universitetin ombudsmanı Dr. Öğr. Üyesi Tayfun Güven çıxış edərək univeriteə tələbə qəbul şərtləri, tələbələr üçün yaradılan şərait, universitetin Türkiyə təhsil sistemində tutduğu mövqe haqqında panel müzakirələrdə ətraflı məlumat verdilər.

    Sonda Azərbaycan nümayəndə heyəti adından Daşkəsən tam orta məktəbinin direktoru Kamal Musayev, Bakı Avropa Liseyinin direktor müavini Səadət Cahandarova, 291 saylı Ekologiya liseyinin müəllimi Səbinə Məmmədova çıxış edərək, Azərbaycandakı təhsil sistemindən, boşluqlar və imkanlardan, görülən işlərdən  danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi