"Elimizə bahar gəlir" Novruz tədbirinin senarisini təqdim edirik

                                         Elimizə bahar gəlir

-Salam əziz müəllimlər,xoş gördük  dəyərli məktəbli dostlar.

-Sizləri  salamlayır və bütün xalqımızı Novuz bayramı münasibətilə təbrik edirik .Bahar qızın  bahar təravətli rəqsini sizlərə təqdim edirik.

-Hə.mənim əzizlərim.qılınc kimi kəsıən qış şahlıq taqxtından düşür.Öz erini yamyaşıl, günəşli.bülbüllü.qaranquşlu,laləli-nərgizli bahara verir.

-Təbiət qış yuxusundan oyanır.Hər yerdən baharın ətri duyulur. Sizləri bir daha təbrik edir,sizə can sağlığı.bol ruzi-bərəkək arzulayırıq..Qoy bayramda süfrələrinizi şəkərbura.paxlava.qoğal.min cür  nemət bəzəsin.

-Qoy tonqallarınız gur yansın.evlərinizi səmənilər bəzəsin.

“Novruz gəlir” mahnısı –ifa edir liseyin “Dəniz”xor qrupu

-Dostlar bilirsiniz ki Novruz bayramı ən qədim bayramlardan biridir.No ruz bayramının yaranma tarixinə  nəzər salsaq görərik ki. Bu bayram  eramızdan əvvələ.hələ 505- ildə qeyd olunurdu.

-Omər Xəyym öz “Novuznamə”sində deyir: “ Novruz bayramının yaranma səbəblərindən biri d’  budur ki.günəş 365 gün 6 saatdan sonra öz yerinə qyıdır. Il bitir və yeni il başlayır.Novruz yeni günün başlanğıcı hesab olunur.

-Novruzu təkcə türk xalqları deyil.bir çox  şərq xalqları da qeyd edirlər.Novruz bayramını bir çox xalqlar özlərinə çıxmağa çalışırlar.Ancaq yen il bizim ulu şumer  əcdadlarımızın  xəlqi-milli yeni il,yəni, yaz bayramı olub.

-Hələlik 12 min yaşı olması haqqda məlumatlar var. Lakin  məntiq deyir ki, bu bayramın yaşı qədmdir.Əslində bu bayramın yaşı bəşəriyyətin yaşı qədər qədimdir.Onun heç bir dinlə əlaqəsi yoxdur.Yeni  il bayramı olan Novruz bütün dinlərdən əzəldir.

-Hörmətli tamaşaçılar artıq.Bahar bayarmını biz böyük coşqu ilə qeyd edirik.Çünki  27 sentyabr 2020 –ci ildə başlanmış olan Vətən müharıbəsində Azərbaycan Respublikasının Prezidenti. Ali Baş  Komadan cənab İlham Əliyevin düzgün və uzaqgörən siyasəti. eləcədə.rəşadətli ordumuzun qüdrəti sayəsində 30 ilə yaxın işğalda qalan cənnət Qarabağımız mənfur düşməndən azad oldu.

-Bu gün Novruzun gur tonqalları Şuşada,Laçında.Ağdamda.bir sözlə bütün Qarabağda alovlanır.

Byramın mübərək Vətnim!

  Şuşanın xoş avazlı Xaıbülbülü tədbirimizə qonaq  gəlib.Gəlin. sizin alqışlarınızla  onu səhnəyə dəvət edək.

-Xarıbülbüi-Əziz xalqımız  mən sizə  azad Qarabağın xoşətirli saıamını gətirmişəm.Elimizə,obamza xoş gəldin,əziz novruzum.Bu yurda, bu torpağa  baharın salamı Novruz. Qədəmin yurduma uğur gətirsin,nur gətirsin. Tanrı xalqımıza yar olosun,elim,günüm .obam mənim.Azəraycanım mənim .bayramın mübarək.indi isə sizə Qarabağa həsr olunmuş “Anadır arzulara”adlı bir mahnnı ı təqdim edirəm.

-( Səhnəyə Bahar qız və Nənə daxil olur)

-Bahar qız:

-Xonçalı novruz gəlir

Qönçəli novruz gəlir.

Sürmə çəkin qaşına

Noğul səpin başına.

-Nənə:

Gör necə xoş gün gəlir,

Gör necə  xoş ay gəlir.

Tonqallar da qalanır.

Evlərimizə pay gəlir.

Xonçaı novruz gəlir,

Qönçəli novruz çəlr.

-Keçəl:-Ay aman buralar nə gözəldir.Deyəsən cənnətə düşmüşəm.hə,elədir ki. var bunlar da mələklərdir.

-Bahar qız- Ay Keçəl, nə cənnət,nə mələk? Mənəm də Bahar qız.

-Keçəl- Canın yanmasın Bahar qız .nə yaman gözəlləşmisən,lap mələklərə bənzəyirsən.

Nənə- Ay Keçəl. Deyəsən Baha qızı görüb Zöhrə nənəni lap yaddan çıxartdin.

-Keçəl- Ay nənə. Deyirəm Bahar qız çox gözəldiyeeeee.

Nənə- Ədə,Keçəl.çox danışma. Tez   ol get Kosanı götür gəl  şənliyə.

Keçəl- Baş üstə . Get deyirsən gedim dəəəə. Nə deyirəm ki

--Nənə :Biz  də ev –eşiyi səhmana salaq. Süfrələri bəzəyək,qonaqlarımız olacaq.

Bahar qız: Ay nənə , Bir bax qızlar gəldi.Deyiəm bəlkə Hakışta deyək.sonra birlikdə süfrəmizi bəzəyərik.

 -Gəlib bahar bayramı, hakışta.

İlin gözəl bayramı,hakışta.

Qədəmlərin xoş olsun.hakışta.

Novuzda deyir hamı. Hakışta.

-Əzizinəm.yaz gəlsin.hakışta.

Yaz gəlsin,bahar gəlsin,hakışta.

Bu Novruz bayramında hakışta.

Qəm getsin. sevinc gəlsin.hakışta.

Yumutalar boyanıb.hakışta

Aş qazanı dəmdədir,hakışta.

Noğul.nabat bağlanıb.hakışta

Şirnilər süfrədədir,hakışta

-Qönçə idim gül oldum,hakışta.

Boy atıb sunbül oldum.hakışta.

Bir dilbilməz quş idim.hakışta.

Oxudum bülbül oldum.hakışta.

-Hamıdan gəzəl mənəm,hakışta.

İşvə mənəm.naz mənəm.hakışta

İnciməsin qoy heç kəs.hakışta.

Hamıdan gözəl mənəm,hakşta.

-Nənə: Ay qızlar.görürəm ki , gözəl hakışta dediz. Bəs mənə deyin görüm Noruzla bağlı daha  nələri bilirsiniz?

-Su çərşənbəsi: Ay  nənə.əzəl çərşənbə su çərşənbəsidir.İstər türk.istər də islami görüşlərdə su müqqəddəs sayılır. Hətta  yaradılışdan əvvəl  bütün varlığın  sudan ibarət olması haqqda qədim türk mifi də mövcuddur.Su çərşənbəsində axar suya gedər  ,insanlar əl-üzünü yuyar,ən əsası suyun üzərində and  içər.bütün günahlardan təmizlənərlər. Onlar gətirdikləri su ilə çay qoyar,yemək bişirər.həyət-bacanı sulayardılar.Belə  deyirlər ki yuxuda su görmək aydınlıqdır.Qaş qaralanda qaynar suyu odun üstünə atmazlar.

-Od çərşənbəsi:İkinci çərşənbə od çərşənbəsidir. Yəni insanın yaradılışınin ikinci mifik təzahürüdür.Deyirlər ki .hələ qədim zamanlarda əkin-biçinləri bol olsun deyə od yandırıb onun ətrafinda firlanıanaraq  günnəşin çıxmasını səsləyərdilər. Elə buna gö5rə də od qədim zamanlardan müqqəddəs hesab olunur. Qədim ənənəyə görə  atəş ocağı,ocaq da evi təmsil edir.El arasında belə bir deyim də var.Ocağın yanar olsun.Oddan pay verməzlər.

Yel çərşənbəsi: Üçüncü çərşənbə isə yel çərşənbəsidir.  Qədim türk mifalogiyasında  yel insan varlığını hərəkətə gətirən  ünsür sayılır. Əski etiqadlara görə bu çərşənbədə oyanan külək hər yeri gəzərək oyanmış suyu.odu hərəkətə gətiririr.Yatmış torpağı qızdırır.zərdüşlər küləyi müqqəddəs sayaraq ona tanrılıq vermişlər.” Avesta” da deyilir ki.yelin gücü Hörmüzün gücüdür.Qədim inanclarda deyilir ki. Yel bağlayanı sel açar.Yel aparan yelinki.yerdə qalan mənimki.

Torpaq çərşənbəsi:Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir.Torpaq insan yaradılışının əsası olaraq çox əhəmiyyətlidir.Bu çərşənbədə torpaq oyanır,şumlanır.yerə  toxum səpilir. Deyirlər ki.hələ qədim zamanlarda insanlar ərzaq qıtlığından əziyyət çəkdiyi zaman  su.od və yel torpaq  xatunun yeraltı sarayına gəlmiş və onu səsləmişlər.Onu qış yuxusundan oyadaraq yeraltı sarayından yerüstü  dünyaya gətirmişlər.o.zamandan insanlar torpağı əkib becərmiş.bolluğa qovuşmuşlar.Torpaq çox müqqəddəsdir.o həm də yurd,vətən deməkdir.Odur ki el arasında hikmətli bir çox  kəlamlar  mövcuddur.Torpağını göz bəbəyi kimi qoru.Torpaqdan pay olmaz.

-(Keçəl və kosa bu anda səhnəyə daxil olur)

Keçəl: Kosa,ay kosa sənə deyirəm dayan.

Kosa: Dayanmağına dayanım   eee .Əlini dinc qoy.vurma də.

Keçəl: Boyun devrilsin a kosa.de görək.bu bir ildir haralardasan? ( kosa ağlayır) Kosa. Niyə ağlayırsan? Ə bir de görək nolub?

Kosa: Getmişdim dağlara...

Keçəl: Bıy dağda nə işin var?

Kosa: Özümə saqqal almağa.

Keçəl: Deyəsən ala bilmədin həə?

Kosa: Sən məni ələ salırsan? Heç eybi yoxdur.(ağlayır)

Keçəl: Zirıldama görək,bayaqdan gəlmişik imkan ver camaatı salamlayaq.

Kosa: Salam

Keçəl: Ədə kosa bayramdır gülə-gülə salamlaş.

Kosa: Bayramınız mübarək.süfrəniz bol olsun.

Keçəl: Ay nənə mənim payımı bol ylə.bir ildir acam.

Nənə: Baş üstə ay keçəl.sən heç narahat olma .

Kosa: Keçəl.ay keçəl.deyirəm sən ağıllı keçəlsən.Mənim bu bığıma bir əncam çək.

Keçəl: Çarə bilsəm öz keçəl başıma edərdim dəəə

Kosa: Keçəl . sənə bir hədiyyə almışdım amma itirdim.

Keçəl:Nə hədiyyə idiki?

Kosa: Daraq.qəşəng bir daraq idi.Sənə lazım olur də.Həmişə həsrətində olursan axı.

Keçəl: Sən məni ələ salırsan?

Kosa: Yox zarafat etdim də.

Keçəl: Onda qaç.Gəlirəm aaaa qaç  təpiklə vurur kosa yıxilir)

Kosa: Ay ürəyim ( ayağını tutur)

Keçəl: Bıyy sənin ürəyin hardaydı ki? Kosa .ay kosa.yalandan özün ölülüyə vurubeee. Qoy bir nəbzini yoxlayım.(ayağını iyləyir) Püff sarımsaq iylənir Amma ürəyi döyünür.Kosa ay kosa bir de görüm doğrudan ölmüsən?

Kosa: Hə

Keçəl: Bıy deyir ölmüşəm.(ağlayır0

Əzizinən ay kosa

Burnu badımcan kosa

Mənim bu keçəl başım  eyy

Lap sənə qurban kosa.

( kosanın ayağı qalxib düşür) Ə kosa adaam kimi öl də.

Kosa: Ə keçəl öləndə də  imkan vermirsən ee adam kimi ölək.

Keçəl: Bıy ölməyin də adam kimisi olur.

Hələ sən məni bir başa sal görüm,bir ildi haralardasan?

Kosa: Getmişdim  Qubaya.

Keçəl: ( təəccüblənir) Kosa Dubayda nə işin var?

 Kosa: Qubaya  getmişdimeeee.

Keçəl : Hə alma olan yerə.Bəs almalar hanı?

Kosa: Satdım.

Keçəl: Pulları neylədin?

Kosa: Səndən qəşəng olmasın sənin kimi bir öküz aldım.

Keçəl: Öküzü neylədin?

Kosa Satdim.

Keçəl: Pulun neynədin ay kosa?

Kosa : Utanırameee

Keçəl: Utanma. De görək.

Kosa Arvad aldım.

Keçəl: Hanı arvad.? Bəs niyə tək gəlmisən?

Kosa: (ağlayır) Vurdum öldü.

Keçəl: Öldü?

Başın sağ olsun kosa

Canın sağ olsun kosa

Arşın uzun bez qısa

Kəfənsiz ölməz kosa.

Kosa: Keçəl. Mənimki bu il gətirmədi.

Keçəl: Ədə kosa .qalx ayağa .gəl birlikdə oynayaq  kefin açılsın. Bayramda şənlən ki bir də qəmlənməyəsən.

(keçəl və kosa rəqs edir .yumurta döyüşür və hər kəs onlara qoşulub rəqs edir)

=Hə mənim əzizlərim. Bayram adət-ənənələrinin bilmək və yaşatmaq bizim borcumuzdur. Bayramda gözəl süfrə bəzədilir. Süfrəyə yeddi s hərfi ilə başlayan ərzaq qoyulur. Ailə üzvülərinin adına şam yandırılır.papaq atar,agbirçək və ağsaqqalları ziyarət edərlər.Küsülülər barışar.Həyət-baca təmizlənər xonça bəzədilər.şəkərbura paxlava, qoğal bişirilər.Gözəl bayram süfrəsi bəzədilər.İndi isə gəlin biz də qonaqlarımıza bayram şirniyyatları paylayaq.( tamaşaçılara şirniyyat paylanır)

-Açın qapıları gələn sabaha

Günəşli sabaha çıxırıq daha.

Deyirəm min şükür böyük Allaha

Güldən çələng hörmək əyamı gəlib

Yurdumuza novruz bayramı gəlib.

 

Tarı kamançanı siz hallandırın.

Xonçalar bəzaəyib şamlar yandırın.

Həyətdə tonqqallar alovlandırın.

Könlümə hoppanmaq həvəsi gəlib.

Yurdumuza Novruz  bayramı gəlib.

 

Qoy kədər qiraqaqdan baxıb üzzülsün.

Billur fincanlara şərbət süzülsün.

Süfrəyə nemətlər zövqlə düzülsün.

Doyunca şadlanmaq həvəsi gəlib

Yurdumuza Novruz bayramı gəlib.

-(“Bayram axşamları” musiqisi səslənir  iştirakçılar yallı rəqsini təqdim edir)

-Əziz tamaşaçılar. Bununlada  Novruz bayramına həsr olunmuş “ Elimizə bahar gəlir” adlı tədbirimiz sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi