İlk dərslər "31 Mart soyqırımı" na həsr olundu
31.03.2020-ci il tarixində liseyimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Əzimə Bayramovanın təşkilatçılığı ilə 8ç sinfində 31 Mart-Soyqırım Gününə həsr olunmuş açıq dərs keçirildi.
Dərsdə tədris hissə müdiri Sevinc Hüseynova, müdir müavini Samir Əzimov və UBR Atlas Zeynalova iştirak etdilər.
Şagirdlər soyqırımın tarixi haqqında məlumat verdilər.
Müdafiə Nazirliyinin soyqırıma həsr olunmuş filmi nümayiş etdirildi.
Mart soyqırımından əvvəl və sonra da baş vermiş soyqırımlar xatırlandı. İnsanların başına açılan oyunlardan, işgəncələrdən danışıldı.
Soyqırım qurbanlarının xatirəsi daima əziz tutulacaq və heç zaman unudulmayacaqdır.