"31 Mart soyqırımı" na həsr olunmuş dəyirmi masa
31mart 2022-ci ildə Bakı şəhəri Azad Humbətov adına 291№-li Ekologiya liseyində tarix müəllimi Şəfiqə Ağayevanın təşkilatçılığı ilə 7a , 8a, 8d siniflərində "31 Mart soyqırımı" na həsr olunmuş dəyirmi masa keçirildi.
Məqsəd soyqırımın törədildiyi tarixi şəraiti, onu törətməkdə S.Şaumyan başda olmaqla bolşevik və erməni daşnaqlarının məqsədlərini açıqlamaq və bu barədə şagirdlərin müstəqil fikirlərini öyrənmək idi.
VII və VIII sinif sagirdləri hadisəyə öz münasibətlərini bildirdilər. Bu soyqrımı unutmayacaqlarını söylədilər.