“Pesə motivasiyasının formalaşdırılması” treninqi

    29 mart 2022-ci ildə liseyin psixoloqu Dilbər Ağasiyeva IX siniflərlə “Pesə maraqlarının tərbiyəsi”, “Pesə motivasiyasının formalaşdırılması” mövzusunda maarifləndirici treninq kecirmişdir.

    Peşəyönümü gəncllərin həyatında taleyüklü məsələ olduğuna görə, şagirdlərin fizioloji, psixoloji, əqli imkanlarına əsaslanması və onların azad peşə seçiminə üstünlük verməsi haqda bilgilərlə məlumatlandırılıb.

    Milli Qəhrəmanımız Çingiz Mustafayevin həyatı şagirdlərə nümunə olaraq təqdim olundu. Ç.Mustafayevin atasının onu hərbiçi, anasının isə onu həkim gormək istədiyi üçün həm hərbi məktəbi, həm də Tibb Universitetini bitirməsinə baxmayaraq, azad seçimi jurnalist-operatorluq oldu.

     Bu real nümunəyə əsaslanaraq, içimizdəki meyl-marağımızı axtaraq və azad seçimə üstünlük verək.

    Peşəyönümü treninqində şagirdlərə özünü dərk, özünü idarə, özünü realizə etmək üçün elementar pixoloji biliklər, peşə sferaları, temperament, peşə seçimi meyarları haqqında bilgilər aşılandı.

     Bizim müdrük kəlamımız izah olundu: “ Sevdiyin peşə ucaldar səni, sevmədiyin peşə qocaldar səni.

     Belə bir nəticəyə gəldik ki : “Hər bir gəncin xoşbəxtliyi-özünü cəmiyyətdə yararlı hiss etməsidir!”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi