Kİçik Akademiyanın 10-cu seminarı

    16.03.2022-ci il tarixində Ekologiya liseyinin Kiçik Akademiyası növbəti 10-cu seminarını keçirmişdir.

    Seminarda Nərimanov rayonu 37 №-li məktəbdən gələn Kiçik Akademiyanın sədri Esmira Əliyeva və 8-ci sinif şagirdi İnal Cabbarzadə iştirak etmişdir.

    İlk söz alan Esmira Əliyeva məktəblərində Kiçik Akademiyanın fəaliyyəti barədə danışaraq, şagirdlərin uğurları barədə məlumat verdi.

    Sonra İnal Cabbarzadə hazırladığı “Qarabağ təbii sərvətləri acgöz əllərdə” adlı təqdimatı ilə çıxış etdi.

    Çıxışda doğma Qarabağın hansı təbii sərvətlərə malik olması və 30 il müddətində bu sərvətlərin necə acgözlüklə talan olunması barədə seminar iştirakçılarına geniş məlumat verildi.

    Qeyd olundu ki, talançılıqla bərabər Qarabağın təbiətinə, çaylarına, fauna və florasına böyük ziyan vurmaqla “ekoloji terror” həyata keçirmişlər.

    Seminar şagird və müəllimlərin iştirakı ilə geniş diskussiya şəraitində keçirildi.

    Sonda qeyd olundu ki, Kiçik Akademiya çərçivəsi daxilində qarşılıqlı səfərlər təşkil olunmalı, belə birgə seminarların keçirilməsi davam etdirilməlidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi