"Elimizə bahar gəlir" adlı dəyirmi masa

11.03.2022-ci il tarixində liseydə" Şagird özünüidarə günü" də Uşaq Təşkilatı Birliyinin Rəhbəri vəzifəsini icra edən 8ç sinif şagirdi Ellada Həmidlinin təşkilatçılığı ilə 7d sinfində Novruz bayramına həsr olunmuş "Elimizə bahar gəlir" adlı dəyirmi masa keçirildi.
Söhbət zamanı şagirdlərə Novruz bayramı haqqında ümumi məlumat verildi. Şagirdlər Novruzla bağlı inanclardan və adətlərdən söz açdılar. Eyni zamanda onlar su, yel, od, torpaq çərşənbələri haqqında maraqlı movzuya toxundular.
Tədbirdə Təşkilatı İşlər üztə direktor müavini vəzifəsini icra edən 9b sinif şagirdi Daşdəmirova Zəhra çıxış etdi. Novruz bayamını qorumaq və yaşatmağın əhəmiyətini şagirdlərə çatdırdı.