Liseydə "Şagird özünüidarə günü" keçirildi
11 mart 2022-ci ildə Bakı şəhəri Azad Hümbətov adına 291 №li Ekologiya liseyində "Şagird özünüidarə günü" keçirilmişdir. Məqsəd şagirdlərin idarəetmə səriştələrini artırmaq, müstəqil qərarvermə, problem həlletmə, innovasiyaları tətbiqetmə bacarıqlarını inkişaf etdirmək, onlarda məsuliyyət hissini yüksəltmək, müsbət dəyərlərin daha sistemli tərbiyəsini həyata keçirməkdir.
Şagird özünü idarə günündə liseyə rəhbərlik şagirdlər tərəfindən həyata keçirildi. Eyni zamanda hər bir sinifdə dərslər fənn müəlliminin nəzarəti ilə şagirdlər tərəfindən tədris edildi.
Dərslər bitdikdən sonra liseyin akt zalında “müəllimlərinin” pedaqoji şurasının iclası keçirildi. Liseyin şagird rəhbərləri izlədikləri dərslər, liseydə təlimin və idarəetmənin keyfiyyəti, arzu və istəkləri, təkliflərini pedaqoji şurada bildirdilər.