Kiçik Akademiyanın 9-cu seminarı
03.03.2022-ci il tarixində liseyin Kiçik Akademiyası növbəti 9-cu seminarını keçirmişdir.
Seminarda Nərimanov rayonu 193 №-li məktəbdən gələn Kiçik Akademiyanın sədri Səfərova Sənubər və Süleymanova Kəmalə və 5 nəfərdən ibarət kiçik şagird kollektivi qonaq qismində iştirak etmişdir.
Seminarı Kiçik Akademiyanın rəhbəri Məmmədov Ariz açıq elan etdikdən sonra, qonaqları salamlamış və ilk sözü Sənubər xanıma vermişdi. Sənubər xanım 193 №-li məktəbin uğurları haqqında geniş məlumat verdi.
İlk olaraq, söz 8-ci sinif şagirdi Əli Abdullayevə verildi.
O, ingiliscə hazırladığı "Rebuild Karabakh" adlı təqdimatı ilə çıxış etdi.
Seminarda iştirak edən ingilis dili muəllimləri Abdullayeva Xalidə ve Matveyeva Anna təqdimatçının ingiliscə çıxışını və diksiyasını çox bəyəndilər.
Sonra Fərid Rüstəmli hazırladığı "Agıllı kənd" lahiyəsini təqdim etdi.
Daha sonra 5-ci sinif şagirdi Fərid Şıxməmmədli hazırladığı Qarabağda aparılan mədəni soyqırım işini təqdim etdi.
Sonda Nizami İsazadə "Qarabağda ekoloji terror", Məryəm Azadəliyeva isə "Dəmir yumruq" adlı videoçarxı təqdim etdi.
Gələn qonaqların bütün çıxışları boyuk maraqla qarşılandı.Maraqlı sual-cavab müzakirəsi oldu.