"Təhsil üçbucağ"ı seminarı
21.10.2016-cı il tarixdə liseydə "Təhsil üçbucağ"ı seminarı ilk olaraq öz işinə başlamışdır. Seminarın məqsədi təhsil prosesində valideynlərin iştirakını artırmaq və ictimaiyyət arasında maarifləndirmə işini gücləndirməkdən ibarət olmuşdur. Seminarı giriş sözü ilə açan liseyin direktoru iştirakçıları salamladıqdan sonra seminarın mahiyyətini açıqlayaraq onlara məlumat vermişdir. Seminarda liseyin təşkilati işləri üzrə direktor müavini, psixoloq və UBR iştirak etmişdir. Hər kəs öz fikrini valideynlərlə bölüşərək onların liseylə daimi sıx əməkdaşlığının vacibliyindən danışmışdı. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi T.Məmmədova da müxtəlif təkliflərlə çıxış etmişdi.Valideynlər üçün hazırlanmış anket sorğusu ətrafında maraqlı polemika yaranmışdır. Nəticə olaraq "Təhsil üçbucağı" seminarının hər ay keçirilməsi planlaşdırılmışdır.