21.10.2016-cı il tarixdə liseyin xarici dil fənn metodbirləşməsinin sədri Nəzakət Salahova 6a sinfində "Şifahi və qrammatik dil vərdişlərinin inkişafı. Sifətin dərəcləri" adlı açıq dərs vermişdir. Müəllim dərsdə prometan interaktiv lövhənin imkanlarından istifadə edərək şagirdlər üçün maraqlı tapşırıqlar qurmuşdur. Mövzunun tədrisi zamanı müxtəlif fənlərlə inteqrasiyadan istifadə edilərək şagirdlərin dünyagörüşünün genişlənməsinə şərait yaradılmışdır. Açıq dərsdə liseyin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak etmişdir.