"Sağlam qidalanma" mövzusunda tədbir
02.03.2022-ci il tarixində 8d sinifində "Sağlam qidalanma" mövzusunda tədbir keçirildi.
Biologiya fənni üzrə fənn müəllimi Əliyeva Sədaqət şagirdlərə ümumi olaraq, sağlam qidalanmanın şərtləri, sağlam qidalanma necə olur, düzgün qidalanmanın faydaları, sağlam qaydaları necə olması haqqında məlumatlar verdı.
Sağlam qidalanmanın piramidası bizə nə deyir sualı ilə sinfə müraciət edildi.Sağlam qidalanma haqqında məsləhətlər verildi.
Şagirdlər müxtəlif mövzulara toxunaraq, slaydlarla fikirlərini bildirdilər.
F.Məhəmməd ”Sağlam qidalanmanın şərtləri” , Ə.Səid və H.Nihad "Energetik içkilərin zərərləri", N.Zəhra "Sağalam qidalanma nə üçün önəmlidir", N.Zeynəb “Fast foodun insan orqanizminə zərəri”, M.Aysel “Genetik cəhətdən modifikasiya olunmuş meyvələr və təbii meyvələr”, V.Nihad ”Sağlamlığımızı qorumaq üçün nə etməliyik” mövzularında müzakirələr apardılar.
Şagirdlər 3 qrupa bölünmüşdülər:1)orqanik məhsullar(təbii qida).2)kənd təsərrufatı məhsulları.3)nənə-babalarından dövrümüzə qədər gəlib çatmış yeməklər.
Qrup şagirdləri öz qrup işlərinə uyğun məlumatlar verdilər və qidaları nümayiş etdirdilər.
Dərsimiz şagirdlərin çox xoşuna gəldi.