Mülkü Müdafiə günü

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Bu məqsədlə liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynovanın təşkilatçılığı ilə V-VI siniflərində maarifləndirici tədbirlər keçirdi.
Təlim-məşq zamanı şərti olaraq, baş vermiş hadisələrin qarşısının alınması, şagirdlərin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib.