"İdmançıların yarışa hazırlığının psixoloji yanaşmaları" mövzusunda seminar

    28.02.2022-ci il tarixdə liseyin psixoloqu Dilbər Ağakişiyeva müxtəlif növlərdə olan yarışlarda çıxış edən, növbəti idman  yarış və müsabiqələrinə hazırlaşan idmançılarla görüş keçirdi. Dilbər Ağakişiyeva idmançılarımıza idman mədəniyyətindən əhəmiyyətindən, mənəvi saflıq və təmizlik məsələlərindən söhbət açdı. Liseyimizin psixoloqu idmançı şagirdlərimizə yarışlarda qələbə qazanmağın sirlərini, soyuqqanlı olmağın yollarını açıqladı. Yarışlarda qabaqcıl və mükəmməl nəticələr əldə etmək, qələbə qazanmaq üçün vacib olan bir çox psixoloji metodikaları mənimsəyən şagirdlərimiz görüşdən məmnun qaldılar.

    Biz birlikdə güclüyük!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi