Liseyimiz “Sabahın alimləri” XI Respulika müsabiqəsinin qaliblərindəndir

    Liseyimizin XI sinif şagirdi Cabbarlı Cəlil müsabiqədə “Komputer elmləri” bölməsi üzrə “Freeland” layihəsi ilə çıxış edirdi “FreelandAr” - AR texnologiyasindan istifadə edərək minalanmış ərazilərdə təhlükəsiz sahələrin yerini göstərən mobil tətbiqdır. İstifadəçilər minalanmış əraziləri qırmızı rəngdə və minalardan təmizlənməmiş sahələri mavi rəngdə görəcəkdirlər. "FreelandAr" tətbiqi minalanmış zonalarda  insanların təhlükəsizliyini qoruyacaq və onların orda tikinti, kənd təsərrüfatı, turizm və s. sahələrində işləməyinə imkan yaradacaq. İstifadəçi tətbiqi acib interaktiv şəkildə təhlükəsiz olan zonalari görə biləcək. Layihə həm yerli, həm də xarici bazarlarda istifadə üçün uyğundur."

    Münsiflər heyəti onun layihəsini III yerə layiq görüb. 

    Xatırladırıq ki, bu il müsabiqəyə respublika üzrə IX-XI siniflərdə təhsil alan 326 şagird 192 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olub. Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz, Şirvan rayonu üzrə 7 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

    Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 21, fizika, astronomiya üzrə 22, kimya üzrə 21, biologiya üzrə 22, tibb və sağlamlıq üzrə 26, ekologiya, ətraf mühitin idarəolunması üzrə 31, kompüter elmləri üzrə 15, mühəndislik üzrə 34 layihə ilə qatılıblar.

    Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət münsiflər heyəti təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif kateqoriyalara aid I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb.

    Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək.

    Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

     Liseyimizin fəxri olan C. Cabbarlını təbrik edirik və ona yeni-yeni uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi