"Bacarıqlı əllər" dərnəyi Xocalı faciəsinin 30 illiyinə həsr olundu.

    25.02.2022-ci il tarixində liseydə rəsm müəllimi Ülviyyə Adıgözəlovanın rəhbərliyi ilə  "Bacarıqlı əllər" dərnəyi Xocalı faciəsinin 30 illiyinə həsr olundu.

    Xocalı soyqırımından 30 il keçdi. Amma ruhumuzda, qəlbimizdə daha da dərin kök salaraq yaddaşımızı təzələdi.

    Balaca şagirdlərimiz əvvəlcə eşitdiklərindən, bədii və sənədıi filmlərdə gördüklərindən Xocalı soyqırımı haqqında öz təəssüratlarını bölüşdülər. Vəhşiləşmiş düşmənlərin körpələrimizi, anaları, yaşlı baba və nənələri necə qətlə yetirdiklərini, düşmənə nifrətlə danışdılar. Qaçıb canını qurtarmaq istəyən xocalılara aman vermədiklərini dedilər.

    Nəhayət, 44 günlük Vətən savaşında məğrur Azərbaycan əsgərlərinin 30 il bundam əvvəl törədilmiş Xocalı soyqırımının qisasını aldıqlarını vurğuladılar.

     Şagirdlərimiz rəsmlərində xarıbülbülə can verən, Xocalı əhalisinin qisasını alan əsgərimizi təsvir etdilər.

    1992-ci ildə Xocalı əhalisinə yardım etmək istəyən şəhidlərin məzarları önündə diz çökən qalib əsgərlərimizi təsvir etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi