Səmti Müəyyənetmə idman növü

    23.02.2022-ciil tarixində liseydə "Bal arıları" ekoklub üzvlərinin iştirakı ilə Səmti Müəyyənetmə idman növü üzrə təlim keçirildi. Təlimi Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssiz və təlimçisi Natalya Əliyeva, Ekolubun rəhbəri Mətanət Qasımova və BDU-nun Ekologiya və torpaqşünaslıq fakultəsinin tələbəsi Samirə Ələkbərova keçirdi.

    Təlimçilər əyani vəsaitlərlə və slaydlarla şagirdlərə lazımi məlumatlar verdilər.

    Səmti Müəyyənetmə xəritə və kompasdan istifadə edərək, nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür.

    Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır.

    Uşaqlar bunlardan ən qədimi və daha çox məşhur olan qaçış orientirinqi ilə tanış oldular və videolara baxdılar.

    Bu idman növü şagirdlərin çox xoşuna gəldi və onları düşündürən sualları verdilər.

    Səmti Müəyyənetmə idman növünün məqsədi, bu idman növünə marağı olan uşaqların gələcəkdə Bakıda və onun hüdudlarından kənarda keçiriləcək yarışlarda onların iştirakını təmin etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi