"Suraxanı Gəmi Muzeyi" nə ekskursiya

    12.02.2022-ci il tarixində Ekoklub üzvləri liseyin müəllimləri Adığözəlova Ülviyyə, Mirzəyeva Şəfayət və Ekoklubun rəhbəri Qasımova Mətanət müəllimin rəhbərliyi ilə "Suraxanı Gəmi Muzeyi" də ekskursiyada oldular.

    Uzunluğu 123,5 metr, dedveyti 4696 ton olan "Suraxanı" tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

    Şagirdlər ən müasir texnoloji avadanlıqlarla təhciz edilmiş muzeyin zallarını ziyarət etdilər.

    "Salamlama" zalında uşaqlar kapitan, kapitan köməkçisi və heyət üzvləri ilə tanış oldular.

    "Lövbəri qaldıran" zalda uşaqlara lövbərin və zəncir mexanizminin gəmidəki rolu və məşhur dəniz düyünləri haqqında məlumat verildi.

    Uşaqlar kəndirlərdən istifadə edərək müxtəlif düyünlər bağladılar.

    "Naviqasiya və kommunikasiya" zalı uşaqların marağını daha çox cəlb etdi. Burada onlar üç məhşur dəniz mayakı modelləri ilə tanış oldular, "Morze" əlifbasından istifadə etməklə bir-birinə məlumat ötürdülər.

    Muzeyin digər zalları da şagirdlərimiz tərəfindən çox maraqlı qarşılandı.

     "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycan keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.

    Ekskursiydan uşaqlar xoş təəssüratla qayıtdılat.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi