“Narkomaniya ümumbəşəri bəladır”

03.04.2015-ci il tarixdə Ekologiya Liseyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” (2013-2018) dövlət proqramının icrası ilə əlaqədar “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirilmişdir.Tədbirdə Bakı şəhəri Nərimanov RPİ-nin rəisi polis polkovniki İsmayıl Əsədov, Nərimanov rayon Veteranlar Şurasının sədri Paşa Kərimov, Nərimanov RPİ-nin yetkinlik yaşa çatmayanların işi üzrə bölmənin rəisi Rütəm Rüstəmov, Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Məhəmməd Əliyev, Ekologiya liseyinin direktoru Sevinc xanım Orucova başda olmaqla müəllimlər və VIII və XI sinif şagirdləri iştirak etmişlər. Tədbirdə dünyada tüğyan edən narkomaniya adlı bəlanın bütün dəhşətlərini özündə əks etdirən video-çarx nümayiş etdirildikdən sonra söz Nərimanov RPİ-nin rəisi İ.Əsədova təqdim olundu. O, öz çıxışında mövzu ilə bağlı daha ətraflı məlumat verərək məktəblilərə erkən yaşlarından ayıq- sayıq olmağı, zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Nərimanov rayon Veteranlar Şurasının sədri P.Kərimov isə öz çıxışında bildirdi ki, Azərbaycan tarixi mədəniyyəti, təbiəti, adət-ənənəsi ilə zəngin olan bir ölkədir. Biz yaşlı nəsil bunları qoruyaraq siz məktəblilərə ötürürük ki, siz də savadınızla, yaxşı təhsilinizlə özünüzdən sonrakı nəsillərə çatdırasınız. Bunun üçün siz sağlam böyüməlisiniz. Sonda liseyin direktoru Sevinc xanım Orucova çıxış edərək şagirdlərə yaxşı oxumaqla, hərtərəfli biliyə yiyələnməklə yanaşı mütəmadi olaraq narkomaniya ilə bağlı maariflənməyi və ətrafdakıları da maarifləndirməyi məsləhət gördü və bir azərbaycanlı olaraq bunun bizim mentalitetimizə uyğun olmadığını qeyd etdi. S.Orucova tədbirin qonaqlarına öz təşəkkürünü bildirdi və bu məzmunda qabaqlayıcı proflaktik tədbirlərin gənc nəslin təlim tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən, hüquqpozmalardan yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıdığını və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı, onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırdığını söylədi. Çıxışlar bitdikdən sonra şagirdlərin çoxsaylı sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi