Buraxılış siniflərində monitorinq keçirildi
04.02.2022-ci il və 11.02.2022-ci il tarixlərində liseyin IX siniflərində təhsil alan şagirdlər üçün ana dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq keçirildi. Məqsəd şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsidir.
Monitorinq prosesinin idarə edilməsi üçün nəzarətçi müəllimlər təyin olundu. İmtahan bütün siniflərdə rəhbərliyin təlimatına uyğun olaraq həyata keçirildi.