“Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri
10 fevral 2022-ci il tarixdə 193 nömrəli tam orta məktəbdə “Vətəni tanı” devizi altında Nərimanov rayon məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Yarışın mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva və 96 nəfər məktəbli iştirak etmişlər.
Keçirilən oyunda Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 16 komanda iştirak etmişdir.
I yeri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin, II yeri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının və III yeri isə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin komandaları tutmuşlar.
Şagirdlərimiz Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.
Yarışın mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva iştirak etmişlər.