Maraqlı dərs
Şagirdlər yeniliyi xoşlayır. Onlar müəllimlə hər görüşlərində yeni nə isə gözləyirlər.
Məhz buna görə müasir dərs müəllim yaradıcılığı olmaqla onun düşüncə və fantaziyasını özündə birləşdirir. İnteraktiv dərs zamanı hətta ən pis oxuyan şagird belə dərsə etinasız qala bilmir.
Liseyin tarix fənn müəllimi Səbinə Məmmədova dərslərini fəal təlim əsasında qurmağı özunə borc bilir.
Belə dərslər 5-ci və 7-ci siniflərdə keçirildi.
Dərs zamanı keçirilən bilik yarışları şagirdlərdə rəqabət aparmaq bacarığı formalaşdırır və belə dərslər onlara fənni daha çox sevdirir.