Çempionumuz

     04 fevral 2022-ci il tarixdə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseydə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Çempionumuz" adlı sosial idman layihəsi grappling üzrə Dünya Çempionu, Dünya Kubokunun sahibi, idman ustası Tural Allahverdiyev və kapoeyra üzrə Budapeşt şəhərində keçirilimiş beynəlxalq yarışın gümüş medalçısı Qabil Vəliyev ilə məktəblilərin görüşü keçirilib.

    Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseyinin direktoru Arif Əsədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, grappling üzrə Dünya Çempionu, Dünya Kubokunun sahibi, idman ustası Tural Allahverdiyev, kapoeyra üzrə Budapeşt şəhərində keçirilimiş beynəlxalq yarışın gümüş medalçısı Qabil Vəliyev və məktəblilər iştirak etmişlər.

    Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış videorolik nümayiş etdirildi.

    Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilmişdir. Son illər idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Bu inkişaf həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır. İdarə rəisi çempionlarımız Tural Allahverdiyevə və Qabil Vəliyevə yeni-yeni uğurlar arzulayaraq bildirdi ki, Azərbaycanın üçrəngli bayrağını mötəbər beynəlxalq yarışlarda yüksəklərə qaldıran hər bir idmançı ölkəmizin müstəqillik salnaməsinə yeni şərəfli bir səhifə yazır. Bu, bütün xalqımıza qürur verir.

    Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseyinin direktoru Arif Əsədov və Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov qeyd etdilər ki, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. 

    Çıxış edən grappling üzrə Dünya Çempionu, Dünya Kubokunun sahibi, idman ustası Tural Allahverdiyev və kapoeyra üzrə Budapeşt şəhərində keçirilimiş beynəlxalq yarışın gümüş medalçısı Qabil Vəliyev idmanda qazandıqları uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər və məktəbliləri maraqlandıran sualları cavablandırmışlar.

    Sonda grappling üzrə Dünya Çempionu, Dünya Kubokunun sahibi, idman ustası Tural Allahverdiyev və kapoeyra üzrə Budapeşt şəhərində keçirilimiş beynəlxalq yarışın gümüş medalçısı Qabil Vəliyev Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərinə, Azərbaycan Respublikasını Beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə, grappling və kapoeyra idman növləri üzrə əldə etdikləri yüksək nailiyyətlərə və "Çempionumuz" adlı sosial idman layihəsində yaxından iştirak etdiklərinə görə fəxri fərmanlar ilə təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi