Qalib 6-cılarımız
29.01.2022-ci il tarixində 287№-li Zəkalar liseyində Zəka intellektual riyaziyyat yarışı keçirilmişdi. Yarış 2 Fevral - Gənclər gününə həsr edilmişdi.
Yarışda Zəkalar liseyinin, H.Əliyev adına liseyin, Elitar gimnaziyanın, Avropa liseyinin və 6 nömrəli məktəbin VI sinif şagirdləri iştirak edirdilər. Liseyimizin 6-cıları da həmin yarışa qatılmışdı. Qızğın rəqabət şəraitində davam edən oyunda qalib komandalar bir- birindən minimal xalla fərqləndilər.
Liseyimizin komandasını təmsil edən İbrahimov İsmayıl, Nəzərov Mehdi, Şükürov Rəsul, Əsgərov Oğuz, Tağıyeva Lalə, Abdullayeva Zəhra 1050 xalla I yerin qalibi oldular.
Qaliblər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlarlandırıldılar.
Şagirdlərimizi, onların müəllimlərini və valideynləri təbrik edirik!