Poçt qutusu

    28.01.2022-ci il tarixində liseyin "Dalğa" bədii qiraət dərnəyinin növbəti məşqi keçirilmişdir. Dərnəyin bugünkü mövzusu Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsi idi. Əvvəlcə şagirdlərə hekayənin qısa məzmunu haqqında məlumat verildi.

    Dərnək üzvləri obrazlı və ifadəli oxunun nitqin inkişafındakı rolu haqqında  öz fikirlərini söylədilər. Sonra isə onlar bədii qiraətin onların nitqindəki müsbət təsirini qeyd etdilər.
    Sonda hekayənin ifadəli şəkildə oxusu keçirildi. Məşğələ zamanı keçirilən hər bir şeir və hekayə nümunəsi şagirdlərin bilik və qabliyətini artırır. Eyni zamanda onlarda bədii qiraətə olan marağı gücləndir.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi