Dünya Ekoloji Təhsil günü
1972-ci ildə BMT-nın konfransında 26 yanvar Dünya Ekoloji Təhsil Günü Beynəlxalq status alıb. Dünya Ekoloji Təhsil Günü günü ilə əlaqədar olaraq, Azərbaycanda da müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən birində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoklub liderləri ilə keçirilən görüş olumuşdur.
Bu görüşdə liseyimizin "Bal arıları" Eko klubunun lideri 7c sinif şagirdi Ayaz Salahov da iştirak etmişdir.
Tədbirin məqsədi məktəblilər arasında ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən düzgün istifadəyə dair məlumatların ictimailəşməsinə yönəlib.
Tədbirdə məktəblilərin ekoloji maarifləndirilməsinə dair müxtəlif təqdimatlar nümayiş etdirilib, videoçarxlar göstərilib. Məktəblilərin təqdimatında işğaldan azad olmuş ərazilərin təbii ehtiyatları, flora və faunası da yer alıb.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova və Respublika Uşaq-Gənclər İnkişaf mərkəzinin direktoru Firuzə Sultanzadə və digər əməkdaşlar iştirak etmişdir.