“20 Yanvar – sağalmayan yara” adlı inşa və rəsm müsabiqəsində fərqləndilər
Nərimanov rayon Gənclər və İdman İdarəsinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar keçirdiyi “20 Yanvar – sağalmayan yara” adlı inşa və rəsm müsabiqəsində liseyin 7d sinif şagirdi Qasımova Elza və 8ç sinif şagirdləri Əliyeva Səma və Əkbərova Nəzrin iştirak etmişlər.
Qasımova Elza rəsm əsəri ilə, Əliyeva Səma və Əkbərova Nəzrin öz inşa yazılarında qanlı faciəni öz şagird təfəkkürü ilə işıqlandırmış, dolğun və məzmunu tam əhatə edən yazı ilə müsabiqədə fərqlənmişlər.
Qasımova Elza rəsm əsərinə görə, Əliyeva Səma inşa yazısınıa görə fərqləndikləri üçün Fəxri Fərmanla təltif edilmşlər. Əkbərova Nəzrin isə II yerə layiq görülmüşdür Mükafatları Nərimanov rayon Gİİ-nin rəisi Nəcəf Novruzov təqdim edərək qalibləri təbrik etmiş və onlara gələcəkdə uğurlar arzulamışdır.
Biz də şagirdlərimizi təbrik edirik və yeni-yeni uğurlar arzulayırıq.