Qərənfil-şəhid qanı
19.01.2022-ci il tarixində Ekologiya liseyinin "Bacarıqlı əllər" dərnəyində balaca, lakin vətənpərvər şagirdlərimizin təşəbbüsü ilə onlar qərənfil çəkməyə üstünlük verdilər.
Onlar 20 Yanvar sözünü "qanlı" hərflərlə əks etdirdilər. Məhz qərənfil çəkmək istəməklə şagirdlərimiz qeyd etdilər ki, artıq bu gül anım, xatirə, mərasim gülünə çevrilmişdir. Bir vaxtlar isə bu gül toy-büsat, bayram gülü kimi tanınırdı.
Şagirdlərimiz öz fikirlərində bildirmək istədilər ki, "Qanlı Yanvar" hadisəsindən sonra təbiət bitkisinin də cəmiyyətdə rolu dəyişdi.