Mənim andım
And
Bu gün mən vətənim Azərbaycana, onun üçrəngli bayrağına and içirəm !
And içirəm ki, hər zaman şəhidlərin keçdiyi yol yolum, göstərdiyi şücaət amalım olacaq.
Müqqəddəs kitaba-Qurani-kərimə and içirəm ki, həmişə hər yerdə şəhidlərin adını uca tutacaq, onlara layiq olmağa çalışacağam.
Çörək və duz şahidim olsun ki, lazım gələrsə, Vətənim Azərbaycan naminə dilim kilidli, qəlbim möhürlü olacaq.
Dövlətin ali qanunlarına and içirəm!
Azərbaycanın ərazi bütövlüyünü, onun süverenliyini mən də şəhidlər qədər qoruyacağam. Buna şərəfim və namusum üzərinə and içirəm, and içirəm, and içirəm!