İstedadlar sorağında "Cəsur Orxan"

     18.01.2022-ci il tarixdə liseydə fəaliyyət göstərən "İstedadlar sorağında" rubrikasının qonağı liseyin UBTR-i Atlaz Zeynalova oldu. O "Cəsur Orxan" şeirini rubrikamıza təqdim etdı. Şeir 27 sentyabr 2020-ci ildə başlanmış olan "Vətən müharibəsi"-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Orxan Rizvan oğlu Qasımova həsr olunmuşdur.

    Atlaz Zeynalova eyni zamanda yazdığı "Vətənpərvərlik andı"-nı da səhfəmizə təqdim etdi. And gənc nəsli daha da vətənpərvər olmağa səsləyir.

 

Cəsur Orxan

II Qarabağ Müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Qasımov Orxan Rizvan oğlunu əziz xatirəsinə həsr olunur.

 

Qarabağ torpağı müqəddəs ocaq,

Sən də bu torpağın oğlusan,Orxan.

Cəsursan,igidsən, qoçaqsan, qoçaq

Fizuli yurdunun oğlusan, Orxan.

 

Torpağın uğrunda canından keçib,

Tarixə adını sən yazanımsan.

"Vətənim sağ olsun" deyib hünərlə,

Qan ilə tarixi yazansan, Orxan.

 

Neçə qərinələr, illər keçəcək.

Sənin dastanını yazacaq zaman.

Şəninə söz qoşub, Vətən deyəcək,

Şərəfim, şöhrətim, şanımsan, Orxan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi