Kİçik Akademiyanın 5-ci seminarı

    14.01.2022-ci il tarixində liseydə Kiçik Akademiyanın 5-ci seminarı keçirilmişdir. Seminarda 7c sinif şagirdi Malik Ağazadə Биосфера Карабаха mövzusunda hazırladığı təqdimatla çıxış etmişdir. Çıxışında video materialdan istifadə edən təqdimatçı Qarabağın nə qədər zəngin flora və faunaya malik olması barədə seminar iştirakşılarına geniş məlumat verdi. Sonra A.Malik Kiçik Akademiyanın katibi kimi seminarı sona qədər apardı.

     Seminarda 2-ci çıxış edən 7c sinif şagirdi Hüseynova Aysel “Венесуэльский мотылек-пудель mövzusunda hazırladığı təqdimatda Venusuela kəpənəyi Pudelin həyat tərzi, təbiətdə rolu, hətta adı haqqında  seminar iştirakşılarına geniş məlumat verdi.

    Seminarın növbəti çıxışçısı 7c sinif şagirdi  Əliyeva Layla Птица Потоо (Испольский козодой)” mövzusunda hazırladığı təqdimatı nümayiş etdirdi. O, öz çıxışında Potoo quşu haqqqında seminar iştirakşılarına geniş məruzə etdi.

    Seminarın sonunda 7c sinif şagirdi  Ayaz Salahov fortepianoda bir neçə dünya şöhrətli bəstəkarların, o cümlədən İ.S.Baxın və F.Şopenin əsərlərini ifa etdi. Klassik əsərlərin düzgün ifa edilməsi dinləyicini istər-istəməz özünə cəlb edir, düşündürür. Ayazın bu ifası hamının xoşuna gəldi və eşidəndə ki, bu yaxınlarda növbəti bir müsabiqəyə qatılacaq,hamı ona bu yolda ugurlar arzu etdi.

    Bununla da Kiçik Akademiya növbəti seminarı yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi