“Şuşa ili” ilə bağlı mühazirə

    13 yanvar 2022-ci il tarixində Azad Hümbətov adına 291№-li Ekologiya liseyində fəalliyyət göstərən Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) “Gənc diyarşünas” dərnəyinin dəvəti ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən mühazirə təşkil olunub. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin  əməkdaşları  Qənirə Qafarlı və Kubra Dadaşova liseydə şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi" mövzusunda mühazirə oxuyublar.

    Slaydlarla müşayiət olunan mühazirədə Muzeyin fondlarında qorunan Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında zəngin məlumatları əks etdirən materiallar, həmçinin muzeyin ekspozisiyası və fondları haqqında məlumatlar verilib. Gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışılıb. Mühazirə şagirdlərin yaş qrupuna uyğun olaraq,ikimərhələli təşkil olunub, şagirdlər və müəllimlər tərəfindən məmnunluqla qarşılanıb.

    Sonda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) “Gənc diyarşünas” dərnəyinin rəhbəri Aynurə Həsənova bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, muzey-məktəb əlaqələrinin intensivliyinin vətənpərvər nəslin böyüməsində mühüm rol oynadığını qeyd edib, muzey əməkdaşlarına öz təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi