Liseydə "Şagird-müəllim" dərsi
07.10.2016-cı il tarixdə liseydə riyaziyyat fənni üzrə "Şagird-müəllim" adlı dərs keçirilmişdir. Hər şagirdə ayrılan vaxt ərzində onlar özlərini müəllim kimi sınamış, bələdçi mövqeyini tutaraq öz hazırladıqları slaydlarla tədirs aparmışlar. Dərsin sonunda şagirdlərin tədrisetmə bacarıqları müəllim tərəfindən qiymətləndirilmişdir.