Öyrədək,öyrənək! , layihəsi
Liseyimizdə "Öyrədərək,öyrənək!" layihəsinə start verildi. Liseyimizin ötən tədris ilində DİM buraxılış imtahanlarında ən yüksək bal toplamış 10-cu sinif şagirdləri dərslərdən sonra müəyyən vaxtlarda aşağı siniflərdə şagirdlərə müəyyən materialları izah edəcək, dərs aparacaqlar.
Bu gün şagirdlərimiz 9a və 9b siniflərində Azərbaycan dili, Riyaziyyat və İngilis dili üzrə çətin hesab edilən materialları izah etdilər. Onlar şagirdlərə öz təcrübələrini, uğurlarının sirrini çatdırdılar.
Sorğulardan məlum oldu ki, aşağı siniflərimiz dərsdən çox məmnun qalıblar.
"Gənc" müəllimlərimiz isə həm zövq alıblar, həm də müəllimlik peşəsinin çətinliyini, məsuliyyətini daha yaxşı dərk ediblər.