Cənab Prezident, Sizi təbrik edirik!

      Hörmətli Müzəffər Ali Baş Komandan, möhtərəm cənab prezident İlham Əliyev! Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №li Ekologiya liseyinin pedaqoji kollektivi Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayır. Cənab Prezident! Məhz Sizin Ali Baş Komandan kimi rəşadətli ordumuza rəhbərlik etməyiniz otuz ilə qədər düşmən işğalı altında olan tarixi torpaqlarımızın azad olunmasına gətirib çıxardı. Sizin düşünülmüş, məntiqli və uzaqgörən siyasi xəttiniz, yüksək idarəetmə bacarığınız dünyanın pandemiyanın cəngində qaldığı dövrdə Azərbaycanın siyasi, iqtisadi, sosial stabilliyini və inkişafını şərtləndirdi. Liseyimiz məhz sizin prezidentliyiniz dövründə təhsil almış və məzunumuz olan Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyır. Bu, xalqımızın sizə sevgisinin, gənc nəslin düzgün tərbiyəsinin göstəricisidir. Biz də lisey kollektivi olaraq daima tərbiyə işinə ciddi fikir verərək milli mənəviyyata sadiq və bəşəri düşüncələri mənimsəmiş şagirdlər yetişdirməyə daha həvəslə can atırıq. Cənab Prezident! Sizi bir daha təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi