ADA tələbələrinin “Take a step into future” lahiyəsi iştirakçılarını mükafatlandırması
17.12.2021-23.12.2021-ci il tarixlərində ADA Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbələri Turan Əhmədov, Yüksəl Əliyev, Biznesin İdarə olunması fakültəsinin 2 –ci kurs tələbəsi Zemfira Yusifova, Kompyuter Elmləri fakültəsinin 2-ci kurs tələbəsi Əli Əmrahlıliseyin 6-cı və 7-ci sinif şagirdləri ilə görüş keçirmişlər.
Onlar “Take a step into future” adlı proyekt, hərəkət, görünüş ve səs funksiyalarının tətbiqi, hadisələrin düzəlməsi, idarəetmə, sensorlar və operatorlar haqqında şagirdlərə məlumat vermiş və əsas məqsədin məktəb şagirdlərində proqramlışdırma biliklərinin formalaşmasında kömək etməkdən ibarət olduğunu qeyd etmişlər. ADA-nın tələbələri şagirdlərlə görüşdə bidirmişlər ki, artıq proqramlaşdırma əmək bazarında ən çox tələb olunan peşələrdən biridir. Gələcəkdə şagirdlər öz peşəsini proqramlaşdırma sahəsi ilə əlaqələndirə bilər, yaxud bu sahə daha da genişlənəndə həmin uşaqların daha çox perspektivi və imkanları olacaqır. ADA-nın tələbələri söyləyir ki, biz də bu sahədə öz biliklərimizi şagirdlərlə bölüşmək istədik, çünki öyrətmək həmdə öyrənməkdir.
Sonda şagirdlər öyrəndikərini tətbiq etməklə qruplara bölünüb imtahan olundu.Qalib qrupun üzvləri-Əliyarova Reyhan, Qasımova Elza, İsmayılov Elcan, Şabanov Turan hədiyyə əldə etdi. Bütün iştirak edən şagirdlər isə sertifikatla təltif olundu.