Həssas ailələrdən olan şagirdlərlə iş
Psixoloji xidmət işinin məqsədlərindən biri də həssas qrupdan olan şagirdləri müəyyənləşdirmək, psixoloji-pedaqoyi cəhətdən müşayiət edərək, şagird şəxsiyyətinin sağlamlığını qorumaq, onların yetkin formalaşmasına dəstək olmaqdır.
Ümumiyyətlə, həssas qrupa aid olan şagirdlərin sağlamlıqlarının qorunmasında vacib sayılan maarifləndirici, profilaktik, konsultativ işlər görülüb, diaqnostika və korreksiya işləri aparılıb. İlkin olaraq, valideynlər fərdi və qrup şəklində dəvət olunub, şagirdlərin sağlamlıqlarının qorunmasında vacib sayılan düzgün yanaşma, yaş xüsusiyyətləri, fiziki və psixoloji sağlamlığın vəhdəti, diafraqmal nəfəsalma, ailə daxili münasibətlərin təsiri, onurğa problemləri, düzgün qidalanma, immuniteti qoruma və. s. profilaktik, maarifləndirici söhbətlər aparılıb.
Sinif rəhbərlərilə də keçid dövrləri ilə əlaqədar maarifləndirici söhbətlər aparılır, psixoloji mədəniyyəti yüksəltmək, yaş psixologiyasına diqqət etmələri, şagirdlərə qarşı empatik olmalarının (xüsüsilə də pandemiya dövründə) nə qədər vacib olduğu tövsiyə olunub .
Həssas qrupdan olan şagirdlərlə emosional-iradi, intellektual və sosial sferalarının ınkisafı müşahidə edilib, sorğular, inkişafetdirici testlər keçirilib, fərdi və qrup şəklində söhbətlər, dialoqlar, autotreninq, qrup oyunları və s. kimi korreksiya işləri aparılıb.