Liseyin şagirdinin növbəti uğuru
2021-ci il 20-21 noyabr tarixlərində AR təhsil nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin, “Regional İnkişaf” İctimai Birliyinin birgə keçirdiyi “Uşaq hüquqlarıı” hakatonunda iseyin 11-ci sinif şagirdi Cabbarlı Cəlil III yerin qalibi olmuşdur.
Cabbarlı Cəlili biz də təbrik edirik.Onun arzusu gələcəkdə xaricdəki nüfuzlu universitetlərdən birinə daxil olmaq və Azərbaycanımızı xaricdə layiqincə təmsil etməkdir.
Şair Məmməd Araz demişkən şagirdimizin bu arzusuna yol asan ola!