Kiçik Akademiyanın 3-cü seminariyası

     17.12.2021­-c il tarixində liseyin Kiçik Akademiyası növbəti 3-cü seminariyasını keçirmişdir. Seminarda 7sinif şagirdləri Xəlilzadə Leyla “2003 ilindən bəri açıla bilməyən Sophia Juarez hekayəsi” mövzusunda təqdimatla çıxış etdi. Onun gəldiyi qənaət ondan ibarətidi ki, yaşından, təhsilindən asılı olmayaraq hər fikrinə  hörmətlə yanaşılmalıdır.

      Növbəti çıxış 7d sinif şagirdi Musa Əsədlinin hazırladığı “44 günlük müharibə” mövzusunda təqdimatı oldu. Məruzədə söylənilən fikirlər, təhqiqat zamanı aşkar edilmiş yeni   faktlar böyük maraqla dinlənildi.

     Sonra  7d sinif şagirdi  Fidan Mirzəyeva  “Uşaqlara qarşı zorakılığa qarşı yeddi strategiya” mövzusunda təqdimatla çıxış etdi.

     O, çıxışında qeyd etdi ki, bütün dünyada təxminən 15 – 19 yaşlı üç yeniyetmə qızdan biri  (84 milyon) həyat yoldaşları və ya partnyorları tərəfindən törədilən emosional, fiziki  və ya cinsi zorakılığın qurbanı olmuşdur.

      Hər üç mövzu ətrafında müzakirələr oldu və maraqlı fikirlər söylənildi.

      Çıxışlar arası fasilədə Fidan çəkdiyi rəsm əsərini də nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi