7d sinif şagirdi Xəlilzadə Leylanın “2003 ildən bəri açıla bilməyən Sophia Juarez hekayəsi” mövzusunun təqdimatı

    17.12.2021­-ci il tarixində liseyin Kiçik Akademiyası növbəti 3-cü seminarını keçirmişdir. Seminarda 7sinif şagirdi Xəlilzadə Leyla “2003-cü ildən bəri açıla bilməyən Sophia Juarez hekayəsi” mövzusunda təqdimatla çıxış etdi.

    Sophianın itməsini eşidən kimi polisə gedən Maria və qohumları böyük bir panika içərisində idi. Polislər 3 dəqiqə içərisində evə gəlib lazımi qədər məlumat aldıqdan sonra Washingtonda ilk Amber Alerti çalmışdı. Polislər küçə-küçə hətta ev-ev kiçik qız Sophianı axtarırdı. Ancaq hər axtarışa gedən adam evə əliboş qayıdırdı. İrəliləyən zamanlarda da polis itləri, 500 polis, FBİ işçiləri, kameralar daxil olmaqla bir çox qurum hələ də kiçik qızı axtarırdı. Bu dönəmdə polislər evə gedərək bir çox araşdırmalar aparır, teoriya irəli sürür, kameralardakı şüphəli şeylərin Sophia ilə əlaqəsini axtarmağa çalışırdı. O vaxtadək artıq 2 teoriya irəli sürülmüşdü. Bunlardan biri həqiqətə uyğun olmayan teoriya deyərək kənara atılmışdı, çünkü fikrin əsası azyaşlı bir uşaqdan gəlmişdi. Digəri isə Sophianın o gün heç evdən çıxmaması idi..

Bunun əsası evdəkilərin evdə yaşanan bir qəzanı Sophianı işlədərək örtməyə çalışdığı idi. Ancaq bütün hamı Sophianı sevirdi və bu biraz imkansız idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi